sehiyye.info

Maqneziumun ayaqlara faydaları üzə çıxdı

Maqneziumun ayaqlara faydaları üzə çıxdı
Rasionunuza kifayət qədər maqnezium daxil etməklə aşağı ətraflarınıza qan tədarükünü azaldan periferik arteriya xəstəliyinin inkişaf riskini azaltmaq olar.

Sehiyye.info xəbər verir ki, Şandun Tibb Universitetinin (Çin) alimləri yaşı 40 və daha yuxarı olan 5969 nəfəri müayinə etdikdən sonra bu qənaətə gəliblər. Alimlərin tədqiqat nəticələri "PLOS One" jurnalında dərc olunub.

Mütəxəssislər ayaq biləyində sistolik qan təzyiqinin nisbətini əks etdirən göstəriciləri təhlil edib. 409 iştirakçıda 0,9-dan aşağı ABI tapılıb. Bu, ayaqlarda qan axınının azalmasına səbəb olan aterosklerotik xəstəliyi göstərir, o cümlədən ayaqların həmişə soyuq olması və dəri rənginin dəyişməsi ilə müşahidə olunur. Xəstəliyin irəliləməsi xoralar və hərəkətliliyin pozulması ilə nəticələnir.

Sınaq iştirakçıları son 24 saat ərzində yedikləri bütün qidaları bildirib. Elm adamları iştirakçıların istehlak etdikləri maqnezium miqdarını hesablayıblar. Maqnezium əsasən qoz-fındıq, kakao, avokado, dəniz yosunu və brokkolidə olur. Normal ABİ göstəriciləri olan insanlar orta hesabla 288,30 mq maqnezium qəbul ediblər, problemli qrupda isə 244,89 mq olub ki, bu da tövsiyə olunan miqdardan aşağıdır.

Alimlərin fikrincə, maqnezium periferik arterial qan axınını, damarların genişlənməsini və qan dövranını artıraraq
damar divarında kalsiumun çökməsinin qarşısını alır. Bundan əlavə C-reaktiv zülal, şiş nekrozu faktoru-alfa və interleykin-6 kimi iltihab faktorlarını azaldır.//publika



REKLAM