Bakıdan Qusara gedən 5 nəfər zəhərləndi
Qusarda 5 nəfər qidadan zəhərlənib.
Hadisə rayon ərazisindəki istirahət mərkəzlərinin birində baş verib. Belə ki, 50 yaşlı Aynurə Fərzəliyeva, 20 yaşlı Bəhram Xanıyev, 37 yaşlı Fərid Əsgərli, 23 yaşlı Aygül Xanızadə və 21 yaşlı Qızbəs Fərzəliyeva zəhərlənmə diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan bildirilib ki, onlara dərhal zəruri tibbi yardım göstərilib. Hazırda iki nəfərin vəziyyəti orta ağır, üç nəfərin vəziyyəti isə yüngül dərəcəli qiymətləndirilir.
Hadisənin dəqiq səbəbləri araşdırılır. Qeyd edək ki, zəhərlənən şəxslər yaxın qohumlardır. Onların paytaxtdan Qusar rayonuna istirahətə gəldikləri deyilir.//bakutv