Quduz olduğu iddia edilən Tunarın anası danışdı - VİDEO
Sosial şəbəkələrdə səkkiz yaşlı Tunarın it dişləyəndən sonra quduzlaşma iddası ilə bağlı video yayılıb. İddia olunub ki, 8 yaşlı Tunarı it dişləyəndən sonra quduzlaşıb və bu vəziyyətə düşüb.
Sehiyye.info xəbər verir ki, Tunarın anası İlhamə Mirqafarova "Xəzər Xəbər"ə danışıb.
Onun sözlərinə görə, oğlunun vəziyyəti stabildir və o, quduz deyil.
Ana bildirib ki, Tunar atasız uşaqdır və anasının himayəsində böyüyüb.
Onlar ilk əvvəl Xızı rayonunda yaşayıblar və İ.Mirqafarova çobanlıqla məşğul olub. Ana qeyd edib ki, uşaq itlərin, quzuların arasında böyüyüb və daha sonradan stansiya Sumqayıtda məskunlaşıblar:
Ətraflı
“Hadisə isə iyulun 8-də başa verib. Belə ki, 8 yaşlı Tunar həyətdəki itə xəsarət yetirəndən sonra it ona hücum edib. Həmin əlamətlər quduzluqla əlaqəli deyil. Tunar uşaqlıqdan qabdan yeməyi o cür yeyir”.
Xatırladaq ki, Tunar hazırda Sumqayıt şəhər Uşaq xəstəxanasının infeksiya şöbəsində müalicəsini davam etdirir. Xəstəxananın şöbə müdiri Sehri Babayev bildirib ki, T. Mirqafarov iyulun 8-də səhər saat 11:05-də daxil olub:
“Başının təpə nahiyəsindən böyük ölçülü it dişləməsi zədəsi olub. Cərrahi işləmələr it dişləməsi təyinatına uyğun olaraq aparılıb. Hazırda uşağın vəziyyəti yaxşıdır və quduzluq əlaməti qeydə alınmayıb”.
Həkim qeyd edib ki, anası övladını uşaqlıqdan heyvanlarla bir yerdə saxladığı üçün oğlan yeməyi o şəkildə yeyirmiş.
Daha ətraflı süjetdə: