sehiyye.info

Bu kənddə naməlum xəstəlik yayıldı - Yüzlərlə yoluxan var

Bu kənddə naməlum xəstəlik yayıldı - Yüzlərlə yoluxan var
Misirdə kəndlərdən birində naməlum xəstəlik yayılıb.

Sehiyye.info "RİA Novosti"yə istinadən xəbər verir ki, Qahirənin cənubundakı Qena əyalətinin El-Əlikat kəndinin sakinləri arasında naməlum xəstəlik yayılıb. Ölkənin səhiyyə nazirliyi xəstələrdən və ətrafdakı obyektlərdən nümunələr götürmək üçün əraziyə tibbi qruplar göndərdiyini açıqlayıb. Mütəxəssislərin kəndə gündə iki dəfə pestisidlər səpəcəkləri vurğulanıb.

Məlumata görə, El-Əlikat kəndində 200-ə yaxın insan müəmmalı xəstəliyə yoluxub. Xəstəliyin simptomları yüksək bədən hərarəti, baş ağrıları və güclü yorğunluqdur.

Misir Səhiyyə Nazirinin müavini Əmr Qəndil Sada əl-Balad TV-yə analiz üçün ağcaqanad və kanalizasiya nümunələrinin götürüldüyünü qeyd edib.//publika



REKLAM