sehiyye.info

Naməlum xəstəliyə yoluxan üç nəfər öldü

Naməlum xəstəliyə yoluxan üç nəfər öldü
Tanzaniyada naməlum xəstəliyə yoluxan üç nəfər ölüb.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin tibb xidmətinin rəhbəri Ayfelo Siçvale məlumat yayıb. 11 nəfərin infeksiyaya yoluxduğunu deyən nazir hamını sakit olmağa çağırıb. O, bildirib ki, naməlum xəstəliyin əlamətləri olan insanlar dərhal həkimə müraciət etməlidirlər. Xəstələrdə Ebola və ya Marburq qızdırması, həmçinin koronavirus əlamətləri aşkar edilməyib.

REN TV-nin məlumatına görə, Tanzaniyanın Səhiyyə Nazirliyi yoluxmuş insanlarda qızdırma, şiddətli baş ağrıları, yorğunluq və burundan qanaxma olduğunu bildirib. Yerli həkimlər bildiriblər ki, xəstələrlə təmasda olanların hamısı müşahidə altındadır, lakin onların heç birində yoluxma əlaməti aşkar edilməyib.

Tanzaniya prezidenti Samiya Həsən Suluhunun sözlərinə görə, bu xəstəlik ətraf mühitin deqradasiyası və vəhşi heyvanların insan məskənlərinə yaxınlaşmasının nəticəsi ola bilər.//publika.az



REKLAM