Hər gün sosiska yesəniz, nə olar?

Sosiska ən rahat hazırlanan və ən dadlı məhsuldur və bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da məşhurdur.
Hətta Rusiyada uşaq bağçalarında aparılan eksperimentlər zamanı uşaqların qarşısına bir neçə növ yemək qoymuşlar və uşaqların 80 faizi sosisknı seçmişlər.
Odur ki,bu məhsul nə qədər dadlı və sevilən olsa da onun təhlükəli olduğunu hamı bilmir.
Bəs hər gün sosiska yesəniz, nə olar? Onları çiy yesəniz, nə olar?
Sehiyye.info xəbər verir ki, bu sualları Rusiyalı həkim qastroenteroloq Veronika Çeraneva cavablandırıb.Sosiskanı bişirmədən yeməyin mümkün olub-olmadığını anlamaq üçün onun hansı növə aid olduğunu öyrənmək lazımdır, çünki sosiska təbii və ya mağazadan alınmış ola bilər Birinciləri mütləq bişirmək lazımdır, satışda olanlar isə birbaşa istifadəyə hazırdır. Lakin buna baxmayaraq, onları da çiy yemək yaxşı fikir deyil. Sosiskaları qaynamaqda olan suda 20 saniyə saxlamaq kifayətdir, lakin dondurulmuş sosiskaları 5-7 dəqiqə bişirmək lazımdır."Sosiskalar hələ istehsal mərhələsində termik emala məruz qalır. Buna baxmayaraq, çiy sosiskaları yalnız yüksək keyfiyyətə tam əmin olduğunuzda yeyə bilərsiniz", - deyə ihəkim vurğulayıb.
Sosiskaları gündəlik rasiona daxil etməyə gəldikdə isə, burada əsas təhlükə emal olunmuş ət məhsullarının tərkibindəki duzun çoxluğundadır.Sosiskaların tərkibindəki natrium nitrit və digər duz növləri üçün icazə verilən maksimum konsentrasiya müəyyən edilib və bu formula ilə hesablanır: 1 kq bədən çəkisi üçün 0,6 mq duz, natrium nitrit isə - 1 kq məhsul üçün 50 mq. Yəni, 90 kiloqramlıq kişi üçün gündəlik limit 1 kq-dan bir qədər çox sosiska, 25 kiloqramlıq uşaq üçün isə təxminən 300 qram və ya 6 ədəddir.//foodinfo