sehiyye.info

Atmosferə buraxılan zəhərli tüstülər - Günahkar kimdir?

Atmosferə buraxılan zəhərli tüstülər - Günahkar kimdir?

“Atmosferə atılan hər bir maddə zərərsiz formada atılmalıdır. Çünki Azərbaycan Konstitusiyasının 39-cu maddəsində yazılıb ki, hər bir Azərbaycan vətəndaşın sağlam ətraf mühitdə yaşamaq hüququ var”.

Sehiyye.info xəbər verir ki,bu sözləri Valyuta.az-a ekoloq Xosrov Musayev bəzi obyektlərin ventilyasiya sistemində olan problemlərə görə cərimələnməsi haqqında danışarkən deyib.

Ekoloq bildirib ki, hər bir müəssədə - zavod, fabrik, şadlıq saraylarında normativ qaydalarına uyğun olaraq bu təmizləyici qurğular quraşdırılmalıdır:

"Normativ qaydalara uyğun olaraq bu qurğular hündürdə quraşdırılmalı və çirkli hava atmosferə təmizləyici qurğudan keçərək, tam zərərsiz formada atılmalıdr. Ancaq buna heç kim əməl etmir”.

Xosrov Musayev bildirib ki, hansısa bir obyekt tikəndə onun ventilyasiya sistemi, təmizləyici qurğusu olmayanda istismarına icazə verməsələr də, sahibkar bu qurğuları artıq xərc hesab edir, qəbul etmirlər. Lakin onlar bunu etməklə bizim sağlamlığımıza zərər vururlar. Onlar pul qazanır, biz isə onun zərərini çəkirik”.


Ekoloq bildirir ki, birinci əhali arasında maarifləndirmə işləri aparmaq lazımdır, o obyektləri cərimələməklə iş bitmir:

“Gedirlər cərimələyirlər, iş bitdi. Bu problemi həll eləmir, maarıfləndirmə işləri də olmalıdır. Onların fəaliyyətinə icazə vermək lazım deyil. Həmin obyektləri bu sanitariya qaydalarına əməl etməyə məcbur etmək lazımdır. Sahibkarlar isə bunu artıq xərc hesab edir. Sahibkarlar bilməlidir ki, hər dəfə cərimə ödəməklə deyil, bunu həll etməlidirlər. Hərçənd ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də buna maraqlı olmalıdır".

Problemin yaranmaması haqqında da danışan Xosrov Musayev bildirib ki, bunun ən ucuz həlli praflaktik tədbirdir:

"Yəni əvvəldən maarifləndirmə işi aparmaq lazımdır, sonra əməl edilməyəndə cərimələmək lazımdır. Çünki o cərimələnməklə işini bitmiş hesab edir və məsələ də açıq qalır. Nazirlik bu obyekt sahiblərini təlimatlandırmalıdır. Qaydaları başa salmalıdır. Amma maarifləndirmə işlərində boşluq var. İşi məsuliyyəti ilə görmək lazımdır. Başa düşmək lazıımdır ki, bunu etməklə başqalarının da hüquqları pozulur. Onlar pul qazanır, başqaları da tüstü, zəhər udur”.



REKLAM