Nə soda, nə də limon... - Qoltuqaltı qaralmaları unudun

Havaların istiləşməsi ilə artıq qısaqol geyimlərə keçmişik. Amma bəzi insanlar qoltuqaltı kölgələrdən şikayətçidir.
Yay aylarında bu nahiyələr daha çox diqqət çəkdiyi üçün təlaş başlayır. Qışda havasızlıq və kimyəvi maddələrdən məsamələrin tıxandığı qoltuqaltı nahiyə gün işığında qaranlıq görünür.
Dezodorant istifadəsi, epilyasiya, hormon balansı, günəş ləkələri və bu kimi səbəblərdən qaynaqlanan dəridəki piqmentasiya dəyişikliyindən xilas olmaq isə mümkündür.
Sehiyye.info akupost.aza istinadən həmin mümkün yolu oxuyuculara təqdim edir.
Hamam daşını (təbaşir) yaş dərinizə vurun.
Bədən yaş olduğu üçün təbaşirin bir hissəsi əriyəcək.
Həmin əriyən hissə ilə bədəninizə 1-2 dəqiqə “peeling” kimi masaj edin.
Bu bədəndəki ölü dərini təmizləyir və dərini ağardır.
2 həftə ərzində dərinin tonunda gözə çarpan bir ağarma hiss olunacaq.
Həmçinin, bu üsuldan tez-tez istifadə edildikdə heç bir əks təsir yaratmır.