"Bu filmlər uşaqlarda davranış pozuntusuna səbəb olur" - Açıqlama

Sosial şəbəkələr və digər informasiya resuslarında uşaqların əqli, fiziki və mənəvi inkişafı üçün ziyanlı məhsullar geniş yayılıb.
Bu, əksər valideynləri ciddi narahat edir.
Bəs, uşaqları audiovizual materialların ziyanlı təsirindən qormaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı BDU-nun jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu Bakupost.az -a açıqlama verib.
O bildirib ki, burada məsuliyyət yanlız dövlətin üzərinə düşmür:
“Yanlız professional media deyil, hətta sosial media və internetdə yayımlanan kontentlərdə bəzi neqativlərə rast gəlinir. Uşaqların psixologiyasına təsir edən bu cür kontentlərə valideynlər daha həssas yanaşmalıdır. Uşaqların izlədiyi cizgi filmləri diqqətlə, həssaslıqla seçilməlidir. Həmçinin, burada təkcə azyaşlılara deyil, yeniyetmələrə də təsirdən söhbət gedir. Oyunlar, cizgi filmləri, bədii filmlər, hətta musiqələr də onlara təsir edir. Təbii ki, bu məsələyə hər birimiz, valideyn kimi, vətəndaş kimi həssas yanaşmalıyıq”.
V.Zifəroğlu, cizgi filmlərinin uşaqlara xüsusi təsiri ilə bağlı danışıb:
“Son 10 ildə ABŞ-da, Qərbi Avropa ölkələrində, Türkiyə və Rusiyada uşaq kontenti kimi təqdim olunan məhsulların onlara təsiri ilə bağlı ciddi araşdırmalar aparılır. Cizgi filmlərində olan dinamika, rəng dəyişimləri, personajlar belə uşaqlara təsir edir. “Pokemon” adlı bir cizgi film var idi. Həmin cizgi film sonrakı illərdə Yaponiyada qadağan edildi. Bunun səbəbi cizgi filmi izləyən uşaqların qıcolma keçirməsi idi. Bu hələ məsələnin tibbi tərəfidir. Bunun psixoloji tərəfi də var. Belə cizgi filmləri uşaqlara şüuraltı təsir edir, beyinə mesaj verir, davranış pozuntusu müşahidə olunur”.