sehiyye.info

"Həkimlərin Naxçıvana qayıdışı başlayıb"

"Həkimlərin Naxçıvana qayıdışı başlayıb"
"Naxçıvanda son bir həftədə 11 həkim fəaliyyətə başlayıb".

Sehiyye.nfo "Report"a istinadla xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov deyib.

O bildirib ki, yeni fəaliyyətə başlayan həkimlərin bir qrupu əvvəlki illərdə Naxçıvandan köçüb getmiş səhiyyə işçiləridir.

"Onlar son islahatlardan sonra yaradılan münbitə şəraitə görə geri qayıdıblar. Bununla yanaşı, Azərbaycanın digər rayonlarından olan 7 yüksəkixtisaslı həkim isə iyunun 1-dən Naxçıvan Muxtar Respublikasında fəaliyyətə başlayacaq. Onlar laboratoriya sahəsində çalışacaqlar", - S.Sadıxov söyləyib.



REKLAM