sehiyye.info

Bu həkimlərin maaşı 50 faiz artdı - SƏRƏNCAM

Bu həkimlərin maaşı 50 faiz artdı - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Sehiyye.info xəbər verir ki,Modern.az-ın məlumatına görə, sərəncamda deyilir:


"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə qərara alıram:


1. Ordubad rayonunda icbari tibbi sığorta tətbiq edilsin.

2. Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq etsin və 2019-cu il dekabrın 1-dən fəaliyyətini təmin etsin;

3.2. icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Ordubad Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il dekabrın 1-dən 50 faiz artırılmasını təmin etsin.

4. Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Ordubad Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər.

5. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər".



REKLAM