sehiyye.info

Koronavirusla bağlı xəbərdarlığa həkimdən reaksiya: Qaçılmazdır

Koronavirusla bağlı xəbərdarlığa həkimdən reaksiya: Qaçılmazdır
Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus koronavirusun yeni təhlükəli ştamının yaranması təhlükəsinin bu günə qədər davam etdiyini deyib.

Sehiyye.info "Komsomolskaya Pravda"ya istinaədn xəbər verir ki, immunoloq, xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçuqov baş direktorun xəbərdarlığına münasibət bildirib.

O, insanları sakit olmağa səsləyib və panikaya ehtiyac olmadığını vurğulayıb. Jemçuqovun sözlərinə görə, kovid Yerdəki təkamül prosesinin qanunlarına uyğun olaraq inkişaf edir.

"Bütün canlıların məqsədi çoxalmaq və "ərazi zəbt" etməkdir. Odur ki, bu baxımdan koronavirusun digər mikrob və orqanizmlərdən heç bir fərqi yoxdur. Yeni ştammlar köhnələri sıxışdırmağa davam edəcək, bu qaçılmaz və təbiidir. Və onlardan da öz növbəsində minlərlə başqa xəstəliklərdə olduğu kimi, antidot tapılacaq", - həkim əlavə edib.///publika



REKLAM