Maqnit qasırğasının insanlara təsiri.Həkim məsləhəti
Son zamanlar insanlarda səbəbsiz baş ağrıları,eləcədə yorğunluq və halsızlıq daha çox özünü göstərir.
Bunu əsasən günəşdə olan partlayışlar nəticəsində yaranmış maqnit qasırğası,yayılan radiasiya nəticəsində baş verdiyini qeyd edirlər.
Sehiyye.info bu barədə tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini sizə çatdırır.
Maqnit sahəsi sağlamlığa təsiri.
Maqnit sahəsi bütün insan orqanlarının fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Xarici sahənin intensivliyinin azalması, həmçinin həddindən artıq artması ilə bədən kritik şəraitdə özünü göstərir. Yaxşı bir nümunə təkcə fiziki deyil, həm də psixoloji sağlamlığa təsir edən maqnit fırtınalarıdır. Belə dövrlərdə xəstəliklərin, halsızlığın və sadəcə olaraq məntiqsiz hərəkətlərin sayının artması müşahidə olunur. Vəziyyət bir insanın baş verənlərin səbəblərini təyin edə bilməməsi ilə çətinləşir, çünki bir maqnit sahəsinin ona təsir dərəcəsini yalnız dəqiq bir alətlə ölçmək olar. Burada hiss orqanları gücsüzdür.
Maqnit qasırğası barədə maraqlı faktlar
Maqnit sahəsinin insanlara təsiri kifayət qədər öyrənilməmişdir ki, bu da müəyyən müzakirələrə səbəb olur. Aparılan təcrübələr yüksək etibarlılıqla göstərir ki, Yerin maqnit sahəsinin təsirindən mümkün qədər təcrid olunmuş qapalı məkanda qısa müddətli qalma insan orqanizminə faydalı təsir göstərir. Bu müddətin artması ilə xarici bir maqnit sahəsindən təcrid zərərli bir faktora çevrilir. Yəni, belə olan halda meteohəssas insanlar evdən çıxmamağa çalışmalıdır.
Bu insanlar kimlərdir,onlar başqalarından nə ilə fərqlənir?
Meteohəssas insanlar əsasən, ürək-damar və bronxial astma xəstəliklərindən əziyyət kəçən insanlardır: “Ürəyin işemik xəstəliyi, arterial təzyiqi yüksək olan insanlar hava dəyişmələrinə daha çox həsass olurlar. Havada atmosfer təzyiqinin dəyişməsinə reaksiya verirlər və onlarda arterial təzyiqin artması, ürək ağrıları baş verə bilir. Havanın qəfil dəyişməsi, güclü küləklər bronxial astmalı xəstələrdə astma tutmalarının daha tez-tez baş verməsinə səbəb olur. Əsasən gecə saatlarında baş verən dəyişikliklər zamanı onlarda boğulmalar artır. Havanın rütubətliliyi də astma xəstələrində tənəffüzü çətinləşdirir. Bütün bunlar səhiyyədə aparılan statistik hesablamalar zamanı öz təsdiqini tapıb. Məlum olub ki, belə günlərdə təcili yardıma müraciət edənlərin sayı da çox olur”.
Nərminə Abbasova bildirdi ki,“Maqnit qasırğası zamanı başda ağrılar, başgicəllənməsi, ümumi halsızlıq, əllərdə və ayaqlarda zəiflik hissiyyatı, yuxusuzluqdan əziyyətçəkmə halları müşahidə edilə bilər. Zəif intensivlikli maqnit dalğaları insult riskini 7-12 faiz, yüksəktəzyiqli elektromaqnit dalğaları isə 41 faizə qədər artıra bilər. Həmçinin arterial təzyiq həddindən artıq yüksək səviyyəyə qalxa bilir”.
Maqnit sahəsinin aktivləşdiyi həmin günlərdə saat 11-dən 19-dək günəşdən qorunmaq, çoxlu maye içmək, yatmazdan əvvəl duş qəbul etmək tövsiyə olunur.
Əlavə olaraq qeyd etmək lazımdır ki,xəbərlərdə hava proqnozunu izləmək lazımdır.Maqnit qasırğası və radiasiya barədə əvvəlcədən məlumatlar verilir.Meteohəssas insanlar bu məlumatlardan yararlanmalı və bacardıqca küçəyə,açıq havaya çıxmamalıdırlar.
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95