sehiyye.info

Astronom maqnit qasırğalarının sağlamlığa təsirindən DANIŞDI

Astronom maqnit qasırğalarının sağlamlığa təsirindən DANIŞDI
Astronom Mariya Smirnova Yerdəki maqnit qasırğasının insanlara təsir və fəsadlarından danışıb.

Sehiyye.info xəbər verir ki, REN TV-yə danışan mütəxəssis bildirib ki, maqnit qasırğalarının sağlamlığa təsirimə dair məlumatlar rus alimlərinin köhnə araşdırmasındadır. Sonradan digər alimlərin nəticələri bu məlumatı təkzib edib.

“Nəticədə onlar sonradan sübut etdilər ki, ən azından son yüz ildə baş verən miqyasda heç bir təsir yoxdur. Belə bir təsir müşahidə edilməyib, amma təəssüf ki, biz tez-tez bu barədə danışmağa davam edirik.

Məlumat üçün bildirək ki, alimlər güclü maqnit qasırğasının Yer kürəsini bürüdüyünü bildiriblər. "Free Press"in yazdığına görə, son 24 saat ərzində Yerin maqnit sahəsinin pozulma dərəcəsi G4 səviyyəsinə çatıb ki, bu da beş ballıq şkala üzrə çox güclü dərəcə deməkdir.//publika



REKLAM