sehiyye.info

Mayomed Tibb Mərkəzi bu günü qürurla anır.

Mayomed Tibb Mərkəzi bu günü qürurla anır.
Bildiyiniz kimi bu gün Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin doğum günüdür. Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti və müstəqil Azərbaycan dövlətinin memarıdır. Ulu öndərin yenidən hakimiyyətə qaydışı Azərbaycanı parçalanmaq, dağılmaq təhlükəsizndən xilas etdi. Ölkəmizdə rifahın, tərəqqinin əsası qoyuldu. Təsadüfi deyil ki, ulu öndər səhiyyə sektorunun inkişafına xüsusi önəm verirdi və bunu əsas prioritet istiqamətlərdən birinə çevirmişdi.
Respublikamızın qurulması və uğurlarımızın əsası birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bütün həyatını vətəninin suverenliyinə, xalqının xoşbəxtliyinə həsr edən böyük liderin əziz xatirəsi Azərbaycan var olduqca hər kəsin qəlbində, habelə çoxsalı səhiyyə işçilərinin qəlbində daim yaşayacaq.
Mayomed Fizioterapiya və Reabilitasiya Mərkəzinin kollektivi olaraq Dahi Şəxsiyyət Heydər Əliyevin xatirəsini qürurla anırıq.
Ruhu şad olsun!



REKLAM