sehiyye.info

Şabranda 20 nəfər quduzluq xəstəliyinə görə nəzarətə götürülüb VİDE

Şabranda 20 nəfər quduzluq xəstəliyinə görə nəzarətə götürülüb VİDE

Şabranda heyvanlardan götürülən nümunələrdə quduzluq xəstəliyinin aşkarlanması aidiyyəti qurumları hərəkətə keçirib.

Sehiyye.info xəbər verir ki,Xezerxeber.az-ın məlumatına görə, bir neçə gün bundan əvvəl Qorğan kəndində çaqqallar xırdabuynuzlu heyvanlara hucum edərək onlara xəsarət yetirib.

Daha sonra isə qoyunlardan 3-nün xəstələndiyini görən kənd sakini onları kəsib və ailə üzvlərinin iştirakı ilə qohumları ilə birlikdə qonaqlıq təşkil edib.

Bu yaxınlarda isə təsərrüfatdakı bütün heyvanlarda kütləvi xəstəlik qeydə alınıb və 36 baş qoyundan 10-u tələf olub.

Yırtıcıların xəsarət yetirdiyi heyvanlardan götürülən nümunələrdə quduzluq xəstəliyinin aşkar edilməsindən sonra çaqqalların xəsarət yetirdiyi heyvanın ətindən yeyən 20 nəfər xüsusi nəzarətə götürülüb.

Onlardan müvafiq analizlər götürülüb. Baş verən hadisə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarətə götürülüb.

AQTA-dan bildirilib ki, hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlanıb.



REKLAM