sehiyye.info

Bu vitaminlər ürəyə zərər verir - Xəbərdarlıq

Bu vitaminlər ürəyə zərər verir - Xəbərdarlıq
Doktor Aleksandr Myasnikov ürək-damar sistemini gücləndirmək üçün vitaminlərdən istifadə etməməyi tövsiyə edib.

Sehiyye.info xəbər verir ki, bu barədə o, "О самом главном" verilişində danışıb. Həkim qeyd edib ki, bir çox insanlar faydalı olduğunu düşünərək sintetik vitaminlər qəbul edirlər. Ancaq kardioloqların araşdırmaları göstərib ki, belə vitaminlərdən istifadə edənlərdə ölüm riski daha yüksəkdir.

"Vitaminlər ürəyə heç bir şəkildə təsirli deyil - bu, pul itkisidir, hətta onlar zərərlidir. Bütün lazımi vitamin və maddələri qidalardan almağı tövsiyə edirəm. Onlar daha təhlükəsiz və faydalıdırlar", - Myasnikov vurğulayıb.

Bundan əlavə, o, içməli suyun dezinfeksiya edilməsi üçün ozon və xlordan istifadənin təhlükələrini qeyd edib, çünki bu, mutagen birləşmələrin əmələ gəlməsinə səbəb ola bilər. Daha sonra Dr. Myasnikov istənilən yaşda daha effektiv çəki itirmək üçün maddələr mübadiləsini yaxşılaşdırmağa dair tövsiyələr verib. Mütəxəssislərin fikrincə, maddələr mübadiləsini artırmağın ən təsirli üsulları düzgün bəslənmə və müntəzəm fiziki fəaliyyətdir.//publika



REKLAM