sehiyye.info

Bölgələrdə hansı ixtisaslar üzrə həkim çatışmazlığı var? - AÇIQLAMA

Bölgələrdə hansı ixtisaslar üzrə həkim çatışmazlığı var? - AÇIQLAMA
Hazırda Bakı şəhəri üzrə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ciddi həkim çatışmazlığı yoxdur.

Sehiyye.info xəbər verir ki,TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sadəcə bəzi xəstəxanalarda reanimatoloq, anestezioloq və travmatoloq ixtisasları üzrə bir neçə vakant yer mövcuddur:

Məlumatda o da qeyd edilib ki, respublikanın bir çox bölgələrində isə travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq, şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) çatışmazlığı müşahidə olunur:
“Vaxtaşırı vakant yerlər üzrə həkimlərin işə qəbulu həyata keçirilir. Kadr çatışmazlığı qeydə alınan ixtisaslar üzrə həkimləri əməkdaşlığa dəvət edirik”.



REKLAM