sehiyye.info

Həkim çatışmazlığı necə həll olunacaq – Agentlik açıqladı

Həkim çatışmazlığı necə həll olunacaq – Agentlik açıqladı
Türkiyədə oxuyan tələbələrlə əlaqə saxlamışıq. Onların regionlarda fəaliyyət göstərməsi istiqamətində danışıqlar aparılıb.

Sehiyye.info xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu gün xarici ölkələrdə təhsil alan yüzlərlə tələbə var ki, onların təcrübəsindən yararlanmaq olar.

Agentlik rəsmisi bildirib ki, bu gün regionlarda kadr ehtiyatı ilə bağlı müəyyən çətinliklər var:

"Yaxın gələcəkdə agentlik adından regionlar üzrə mərkəzi xəstəxanalarda çalışmaları üçün onlara həvəsləndirici, motivasiyaedici təkliflər irəli sürüləcək. Bir qrup tələbə ilə artıq danışıqlar aparılıb”.Axar.az



REKLAM