sehiyye.info

Həkimlər sıfır şans verdi - 22 həftəlik hamiləlikdə doğulan əkizlər sağ qaldı

Həkimlər sıfır şans verdi - 22 həftəlik hamiləlikdə doğulan əkizlər sağ qaldı
Böyük Britaniyada əkizlər Harli və Harri Kreyn hamiləliyin 22-ci həftəsində dünyaya gəliblər. Həkimlər onların sağ qalma şansını sıfır qiymətləndirib. Qeyd edək ki, bu müddət icazə verilən abort müddətindən bir neçə gün də azdır.


Arasdırma.info bildirir ki, doğuşdan sonra Harley və Harri neonatal reanimasiya şöbəsinə köçürülüb və burda 140 gün qalıblar. Əkizlər çoxlu əməliyyatlar keçirməli olublar.Bütün çətinliklərə baxmayaraq, qardaşlar reanimasiya şöbəsində heyrətamiz canlılıq nümayiş etdiriblər. İndi onlar 17 aylıqdırlar, xoşbəxt və sağlamdırlar.


Xəstəxanadan çıxdıqdan bir il sonra əkizlərin anası Jade Crane (41) möcüzəli körpələri üçün artıq qorxmadığını və onların bundan sonra da xoşbəxt yaşayacaqlarına əmin olduğunu bildirib.


Cəmi 500 qram çəki ilə doğulan Harlinin indi çəkisi 11 kiloqramdır və artıq öz ayaqları üzərində dayana bilir. Onun 520 qram çəki ilə doğulan qardaşı Harri isə hazırda 9 kiloqramdır.
Həkimlər sıfır şans verdi - 22 həftəlik hamiləlikdə doğulan əkizlər sağ qaldı


"Biz çox şadıq ki, onlar yaxşı inkişaf edir. Keçən il biz çox qorxmuşduq. Onlar güclənirlər, lakin doğulduğundan bəri xarakterləri dəyişməyib. Harli aktivdir, Harri isə çox sakitdir. Onlar indi də belədirlər”- əkizlərin anası deyir.


Jade bədənində su kəsildiyini hiss etdikdən sonra dərhal xəstəxanaya gedib. Müayinə nəticəsində məlum olub ki, hamiləliyin 22-ci həftəsində amniotik pərdələrin vaxtından əvvəl qopması olub.


"Həkimlər dedilər ki, uşaqlarımın sağ qalma şansı 0%-ə bərabərdir. Onlar sağ idilər, hərəkət edirdilər və ağlayırdılar. Ağlamaları balaca pişik balasının ağlaması kimi idi" - deyə britaniyalı qadın xatırlayır.


Doğuşdan sonra Harley və Harri neonatal reanimasiya şöbəsinə köçürülüb və burada bir çox mürəkkəb prosedurlardan keçməli olublar. Onlar ventilyatorlara qoşulmalı idilər. Əkizlər çoxlu əməliyyatlar keçirməli olublar. Harlinin stoması var idi, sonradan çıxarılıb və Harri vaxtından əvvəl korluğun qarşısını almaq üçün göz iynələri qəbul edib.//sfera



REKLAM