sehiyye.info

Kanadada dünyaya gələn qeyri-adi əkizlər dərhal Ginnesin Rekordlar Kitabına düşdü

Kanadada dünyaya gələn qeyri-adi əkizlər dərhal Ginnesin Rekordlar Kitabına düşdü
Kanadada hamiləliyin 22-ci həftəsində əkizlər dünyaya gəlib. Onlar dünyanın ən erkən doğulan uşaqları kimi Ginnesin Rekordlar Kitabına düşüblər.


Sehiyye.info bildirir ki, bu barədə BBC xəbər xidməti məlumat yayıb.


Ana Shakina Rajendram bildirib ki, o, 21 həftə, beş gündə doğuş başlayanda həkimlər ona körpələrin yaşayış qabiliyyətinin olmadığını və sağ qalma şansının sıfır olduğunu deyib.


Ata Kevin Nadarajanın dediyinə görə, tibb müəssisəsində onlara belə erkən hamiləlikdə kömək edə bilməyəcəklərini bildiriblər. O, gecələr yatmadığını və göz yaşları içində dua etdiyini deyib.


Əksər tibb müəssisələri 24-26 həftədən əvvəl doğulmuş körpələri xilas etməyə çalışmırlar. Ancaq xoşbəxtlikdən cütlük Torontoda neonatal reanimasiya şöbəsi olan Mount Sinai Xəstəxanasına getməyə qərar verib.


Doğuş günündə (hamiləliyin 21 həftəsi və altı günü) həkimlər Şakina Rajendrama körpələrin 22 həftədən bir neçə dəqiqə əvvəl doğulacağı təqdirdə, ölümə buraxılacaqlarını deyiblər.


Qadın ağır qanaxmaya baxmayaraq, doğuşu bir neçə saat daha təxirə salmaq üçün əlindən gələni edib. Nəhayət, gecə yarısından 15 dəqiqə sonra ana bətnindəki körpələr 22 həftədən iki saat keçməmiş dünyaya gəlib.


Adiya və Adrial adı verilən körpələr ilk vaxtlarda ciddi tibbi problemlərə baxmayaraq, bir il yaşayıblar.


"Dəfələrlə biz uşaqların az qala gözümüzün qabağında necə öldüyünü görmüşük. Həkimlər hələ də onları diqqətlə təqib edir, qardaş və bacının vəziyyəti yaxşıdır"-deyə ana Şakina Rajendrum bildirib.


Qeyd edək ki, əksər xəstəxanalar 24-26 həftədən əvvəl doğulmuş körpələri xilas etməyə çalışmırlar.


Əkizlər Adiya və Adrial Nadaraja doğum günündən 126 gün əvvəl dünyaya gəliblər. Bundan əvvəlki rekord isə 2018-ci ildə ABŞ-ın Ayova ştatında doğulan əkizlərə aiddir.//sfera



REKLAM