sehiyye.info

Arılarda olan bu maddə 58 yaşlı kişini öldürüb

Arılarda olan bu maddə 58 yaşlı kişini öldürüb
Qaxda 58 yaşlı kişi arı sancmasından ölüb.

Sehiyye.info xəbər verir ki, hadisə Qıpçaq kəndində baş verib.

Qax şəhər sakini, 58 yaşlı İsmayıl Mahmudov Qıpçaq kəndində yaşayan qayınının evinə qonaq gedib. O, gecə saatlarında həyətdə olarkən bal arısı onun boyun nahiyyəsindən və əlindən sancıb. Halının pisləşdiyini görən qohumları dərhal ilkin yardım göstərməyə çalışıblar.

Qayını Zaur Əhmədovun sözlərinə görə, İsmayıl Mahmudovun arı sancmasına qarşı allergiyası olub.

Təcili Tibbi Yardım Stansiyasının müdiri Məhbubə Süleymanovanın sözlərinə görə, hadisə nəticəsində arı zəhəri adlandırılan “apitoksin” adlanan maddə qana keçib və həmin şəxs dünyasını dəyişib.

Həkimlər bu tipli hallarla qarşılaşmamaq üçün diqqətli olmağı tövsiyə edir.//xezerxeber



REKLAM