sehiyye.info

Qaxda üç yaşlı uşaq 120 ədəd dərman içdi

Qaxda üç yaşlı uşaq 120 ədəd dərman içdi
Qaxda üç yaşlı uşaq 120 ədəd dərman içib.

Sehiyye.info Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Qax şəhəri Ü. Hacıbəyev küçəsi ev 11 ünvanında yaşayan 3 yaşlı Nur Rəhman qızı Rəcəbli zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, evdə nəzarətsiz qalan azyaşlı 120 ədəd vitamin C həbi qəbul edib.

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirllən N. Rəcəbliyə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.



REKLAM