"Şeytan" cildli adamlardan necə qorunmalı,onların 12 əlaməti...
Biz bu və ya digər şəkildə pis adamlarla təmasda olmuşuq.Əksəriyyətimiz də bundan peşimançılıq çəkmişik.
"Şeytan"cildli adamlar bizim içərimizdədir,onlar daima özlərinə zəif iradəli,xeyirxah insanları aldatmağa çalışırlar.Sanki bundan zövq alır,özlərini güclü sayırlar.Biz bu halların yaşanmaması üçün,səhvlərə yol verilməməsi üçün,yaxınlarımızı və övladlarımızı maarifləndirməliyik.Çünki,həyat belələrilə doludur.Hər addımda xata gözləmək olar.Onlarla mübarizə aparmaq mümkün deyil,sadəcə onları tanıyıb,uzaq olmaq lazımdır.
Səhiyyə.info xarici mətbuata istinadən mənfi enerjili ,təhlükəli adamlarda uzaq olmaq,onları tanımaq üçün 11 üsulu təqdim edir:
1.Bu adamlar özlərini həddindən artıq ideal sayırlar və onları heç kimin fikri maraqlandırmır.
2.Bütün məsələlərdə vəziyyətdən çıxmağı bacarırlar,Yalandan and içmək,fırıldaq,üzə durmaq və s.
3.Sirlərini saxlamağı bacarırlar,istənilən adamın ağzından çıxan ifadələri beyinə həkk edir,lazım olan vaxtda ortaya qoyurlar.
4.Sizi çaşdıracaq informasiyalara malikdirlər.Hər zaman sizin beyninizlə oynamağı bacarırlar.
5.Daima yalanlar danışırlar.Sizi inandıracaq və maraqlandıracaq dərəcədə yalanlar.
6.Məsuliyyətdən qaçmaq.Bütün hallarda sizin və ətrafdkıların etdikləri pis əməldə öz günahını başqa səmtə yönəltmək bacarığı var.Halbuki,bu işi o məsləhət görüb.
7.Özlərinin pis əməlləri haqda heç vaxt deməzlər,hər zaman cəmiyyətə lazımlı biri kimi özünü təqdim edərlər.Guya bunlar olmasa cəmiyyət məhv olardı.
8.Ara vurmaq bacarığı,insanların arasında biri birindən saxta informasiya verməklə aralarını vurmaq,iki tərəf arasında da barışdırıcı olmaqdan həzz almaq.
9.Sizinlə yaxınlıq edirsə,mənfəət və ya xeyir güdür.Mütlən nə isə planı var.Boş boşuna sizi axtarmır.Sizi özünə ailə dostu kimi qələmə verib ailənin içinə girir və sirrlərinizi öyrənir.
10.Sizin vaxtınızdan və insanlığınızdan istifadə edirlər.Sizdən lazımlı informasiya almaq,ya da sizin hər hansı məsələlərə münasibətinizi öyrənmək istəyir.
11.Hər yerdə tanışları var.Kiçik hədiyyə verməklə böyük işləri aşırtmağa çalışırlar.Çox vaxt da bu onlarda alınır.
12.İkili həyat sürərlər.Tapmaca kimidirlər.İnanmadığınız yerdə sizi yaxalaya bilər.Sizin zəif olduğunuz dəqiqədən istifadə edib özünə lazımlı işi gördürə bilər.
Bu tipdə adamlara el arasında "şeytan" cildli adamlar deyirlər.Onlardan uzaq olmağa çalışın.Etibar etməyin,qohum olsa belə...