İftar süfrəsi üçün maraqlı reseptlər
Sehiyye.info iftar süfrəsi üçün reseptlər təqdim edir:
Pendirli pomidor şorbası
Ərzaq:
3 pomidor
2 qaşıq kərə yağı
2 xörək qaşığı zeytun yağı
2,5 xörək qaşığı un
1 xörək qaşığı tomat pastası
1,5 litr isti su (tutarlılığına görə artırmaq mümkündür)
Duz, çili bibəri
Üzəri üçün:
Rəndələnmiş çedar pendiri
Hazırlanması:
Kərə yağı və zeytun yağını sobada əridib, un əlavə edib qızardın. Tomat pastası əlavə edib yenidən qarışdırın, suyu əlavə edib qarışdırın. Pomidorları rəndədən keçirib və içərisinə əlavə edin. Duz və çili bibəri əlavə edib qarışdırırıq, 5 dəqiqədən sonra bağlayıb xidmət edə bilərsiniz.
Üzərinə sürtgəcdən keçirilmiş çedar pendiri əlavə edin.
Toyuqlu "Hünkarbəyəndi"
Ərzaqlar:
600 qr. toyuq filesi
1 ədəd soğan
2 ədəd acı yaşıl bibər
2 ədəd pomidor
2 diş sarımsaq
1 çay qaşığı bibər pastası
2 yemək qaşığı pomidor pastası
Duz, qaraistiot və qırmızı istiot, kəklikotu
Sous üçün:
3-4 ədəd közdə bişmiş badımcan
3 yemək qaşığı kərə yağı
3 yemək qaşığı un
2 stəkan süd
Duz, qara istiot, muskat, bir ovuç holand pendiri rəndəsi
Çox az xırda doğranmış keşniş
Hazırlanması:
Badımcanların qabığını soyub, duru yağ çəkib sobada bişirin. Bişdikdə əzib, qarışdırın. Toyuq filesini xırda doğrayıb, su verənə qədər tavada bişirin. Üzərinə doğranmış soğanı, 2 diş sarımsağı, doğranmış bibər və pomidoru əlavə edib, vam odda bişirin. Tərəvəzlər bişəndə tomat və bibər pastasını tökün. Başqa bir qabda kərə yağını əridin. Unu əlavə edib azca qovurun. qarışdıra-qarışdıra süd əlavə edin. Qaynayanda duz, istiot, əzilmiş badımcanı əlavə edin. Sonda pendiri əlavə edin. Boşqaba əvvəl badımcanlı qarışıqdan, sonra toyuqlu qovurmadan əlavə edin. Üzərinə xırda doğranmış keşniş səpin.
Maqnoliya
Ərzaq:
1 litr süd
1 stəkan şəkər
1 yumurta sarısı
2 xörək qaşığı un
2 xörək qaşığı nişasta
1 vanil
1 qutu krem
Körpə biskvitləri
Çiyələk
Hazırlanması:
Qazana şəkər, yumurta, un, nişasta və süd qoyun. Qaynayana qədər qarışdırmağa davam edin. Qaynadıqdan sonra kənara qoyub soyumasını gözləyin. İsti pudinqə vanil əlavə edib və 3-4 dəqiqə qarışdırın. Ayrı bir qabda krem 3-4 dəqiqə qarışdırıb, yavaş-yavaş pudinqi əlavə edin. Uşaq peçenyelərini blenderlə əzin. Qabın altına peçenye tökün, çiyələk düzün və pudinq əlavə edin. //axsam.az