sehiyye.info

Biz olanımızın qədrini bilmirik,soğan 12 dollar...

Biz olanımızın qədrini bilmirik,soğan 12 dollar...
Filippində soğanın qiyməti dünyada ən yüksək həddə çatıb.

Sehiyye.info xəbər verir ki,bu barədə ölkənin Kənd Təsərrüfatı Departamenti məlumat verib.

“Filippin soğanı bəlkə də dünyanın ən bahalı soğanıdır. Ölkəmizdə qırmızı soğanın qiyməti kilosu 650 pesoya (təxminən 12 dollara) çatıb ki, bu da toyuqdan təxminən üç dəfə, mal ətindən isə təxminən 25 faiz bahadır”, - məlumatda bildirilib.

Hazırda Filippində “duzdan şəkərə qədər” bir çox ərzaqların qıtlığı yaşanır. Soğan da çətinliklə tapılan qidalardandır.

Qeyd olunur ki, daxili tələbatı ödəmək üçün hər ay dövlətin 20 min tona yaxın soğana ehtiyacı var.
Azərbaycanda qırmızı soğan 1.50-2 manata satılır.Birazdan yeni məhsul çıxdıqda 1 manata düşəcək.Hələ ağ soğan,Hövsan soğanının faydaları ayrı mövzudur.Olanlarımızın qədrini bilək.



REKLAM