sehiyye.info

İnsan maksimum bu qədər yaşaya bilər: Amma barışmaq lazımdır ki...

İnsan maksimum bu qədər yaşaya bilər: Amma barışmaq lazımdır ki...
İnsan maksimum 160 il yaşaya bilər.

Sehiyye.info Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın əməkdar həkimi, infeksionist Sergey Ryabov "NEWS.ru"ya müsahibəsində danışıb.

"Mən materialist nöqteyi-nəzərdən ölməz həyat üçün heç bir perspektiv görmürəm. Əbədi hərəkət edən maşın anlayışı yoxdur... Əgər insan orqanizmindən danışırıqsa, deməli, ömür uzunluğu genetikasında proqramlaşdırılıb, qocalma prosesi daxil olub. Bizim bütün alimlərimiz deyir ki, insan ömrü təxminən 160 ildir, buna baxmayaraq, heç kim bu qədər uzun müddət yaşamayıb”, - mütəxəssis izah edib.

Ryabovun sözlərinə görə, bu gün maksimum yaş həddi 122 ildir. Bununla belə alimlər bu rəqəmi şübhə altına alırlar. İnfeksionist yekunda insanları həyatın sonsuz olmadığı ilə barışmağa çağırıb. Mütəxəssis qeyd edib ki, əsas məsələ insana verilən vaxtı necə yaşamasıdır. Ancaq bu, artıq həyat keyfiyyəti sahəsinə aiddir.



REKLAM