Professor koronavirusun bədəndə əbədi qalıb-qalmayacağını açıqladı
COVID-19 HİV və ya hepatit kimi insan bədənində əbədi yaşaya biləcək virus deyil.
Sehiyye.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru Aleksey Aqranovski “Ura.ru” saytına müsahibəsində danışıb.
Daha əvvəl Rusiya Elmlər Akademiyasının akademiki Sergey Kolesnikov gələcəkdə koronavirusun insan orqanizmində kök salacağını və bu yoluxmanın başqa bir təhlükəsinin ola biləcəyini irəli sürmüşdü.
“Həmkarımın bu fikri ilə razı deyiləm. COVID-19 kimi viruslar uzun müddət davam edə, yəni bədəndə uzun zaman mövcud ola bilməz. Koronavirus “öz işini görür”, bundan sonra orqanizm immun cavab sayəsində onu məhv edir”, - virusoloq açıqlamasında qeyd edib.//Publika.az