sehiyye.info

Xəbərdarlıq: Təkər artıq işə düşüb, bu virus hər yerə yayılacaq

Xəbərdarlıq: Təkər artıq işə düşüb, bu virus hər yerə yayılacaq
Tibb elmləri doktoru Anton Yerşov hesab edir ki, dünyanı qızılca pandemiyasını gözləyir.

Sehiyye.info xəbər verir ki, həkim bu barədə "Gazeta.ru"ya danışıb. O, qeyd edib ki, bu cür proqnozlar hələ 2018-ci ildə verilib və aşkar faktlara əsaslanır: “anti-peyvənd” təbliğatı bütün dünyada yayıldı və nəticədə peyvənd olunmayanların sayı artdı.

"İnanın, biz indi səyahətin başlanğıcındayıq. Qızılca hər yerdə olacaq. Təkər artıq işə düşüb", - həkim bildirib.

Rospotrebnadzordan verilən məlumata görə, Rusiyada qızılcaya yoluxma hallarının artması qeydə alınıb. Epidemioloqların sözlərinə görə, infeksiya əsasən qonşu ölkələrdən gələn peyvənd olunmamış insanlar tərəfindən yayılıb. Qeyd olunub ki, peyvənd vurduranların sayının azaldığı, həmçinin imtina edənlərin sayı artdığı üçün vəziyyət mürəkkəbləşib.

Həkim Anton Erşov bildirib ki, COVİD fonunda ölkələr arasında sosial təmas azaldı və bu, qızılca da daxil olmaqla digər infeksiyaların yayılmasını ləngitdi, lakin indi artıq məhdudiyyətlər yoxdur.

"Yeri gəlmişkən, qızılca çox sürətli yoluxuculuğu ilə diqqət çəkir. Tutaq ki, mən birinci mərtəbədə yaşayıramsa və qızılcaya yoluxmuşamsa, ikinci mərtəbədəki qonşunun immuniteti yoxdursa, qızılca törədicisinə qarşı antitelsiz yaşayırsa, o da qızılca xəstəliyinə tutulacaq. Demək olar ki, 100% yoluxucudur. Unikal infeksiyadır", - həkim qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2016-2019-cu illərdə qızılcadan ölüm halları 50% artıb, 2019-cu ildə xəstəlik 200 mindən çox insanın həyatına son qoyub. Epidemioloqların gəldiyi nəticəyə görə, infeksiyanın yayılmasının əsas səbəbi uşaqların vaxtında immunitetinin inkişaf etdirmək üçün qızılcaya qarşı lazım olan peyvəndlərin (MCV1 və MCV2) vurulmamasıdır. 2021-ci ildə dünyada 40 milyon uşaq qızılca peyvəndini vurdurmadığı üçün yoluxma rekord həddə çatıb. ÜST-ün yazdığına görə, bu xəstəliyin yayılmasının qarşısını almaq üçün peyvənd əhatə dairəsi ən azı 95% səviyyəsində saxlanmalıdır və faktiki olaraq uşaqların yalnız 81% -i qızılca peyvəndinin ilk dozasını alır, ikinci dozanı yalnız 71% -i qəbul edir.

Həkim xatırladıb ki, eyni zamanda, qızılca xəstəliyinə qarşı immunitet hər kəsi ömür boyu qorunmur, buna görə də yaşlı nəslin peyvənd edilmiş insanları arasında qızılcadan artıq qorunmayan çox sayda insan ola bilər. Müvafiq olaraq, infeksiya onlar arasında da yayıla bilər.

Anton Yerşov 1998-ci il qalmaqalından da danışıb. Nüfuzlu tibb jurnalı "Lancet"də peyvəndlərin autizmə səbəb olduğu iddia edilən bir məqalə dərc olundu. Tibb elmləri doktoru vurğulayıb ki, sonradan məqalə geri götürülüb, müəlliflər tibbi fəaliyyət üçün lisenziyadan məhrum ediliblər, lakin bu barədə demək olar ki, heç kimin xəbəri yoxdur, lakin bu yalan məlumat hələ də virus kimi yaşayır və yayılır.

"Bu vəziyyətdə ən diqqət çəkən məqam, peyvəndlərin şiddətli əleyhdarlarının böyük əksəriyyətinin uşaqlıqda təhlükəsiz peyvənd edilmiş insanlar olmasıdır. Ölümcül təhlükəli infeksiyalardan qorunmayan cəmiyyətdə həyat necə ola bilər? Peyvənd edilməməyin yeganə yaxşı səbəbi əks göstərişlərdir. Bütün digər hallarda peyvənd olunmamaq istəyirsinizsə, gedib meşədə yaşayın", - həkim yekunda bildirib.//publika



REKLAM