sehiyye.info

İstirahətdən sonra işə qayıtmaq və depressiyaya düşməmək ...Həkim məsləhəti

İstirahətdən sonra işə qayıtmaq və depressiyaya düşməmək ...Həkim məsləhəti
Bildiyiniz kimi xalqımızın ən böyük bayramı sayılan Novruz bayramı bir həftəlik istirahət hələ beynimizdən çıxmayıb.İş haqqında düşüncələr bizə narahatlıq yaradır.Uzun bir tətildən sonra necə işə başlamaq olar ki,həm narahatlıq olmasın,həm də sağlamlığımızı qoruyaq.
Həmişəki kimi bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova Sehiyye.infoya danışıb.

Uzun bir həftə tətilin sonundan sonra ilk iş günləri insanda depressiya və narahatlıq yarada bilər. Düşünmək qorxudur. Tətildən sonra çoxları işdən soyuyur.Bəzilərinə elə gəlir ki, bir həftə ərzində enerji qazanıblar, amma ümumiyyətlə işə qayıtmaq istəmirlər. Gündəlik işə köklənməyə və depressiyaya düşməməyə necə kömək etmək olar?
İlk öncə qeyd edək ki,bu halın səbəbini araşdıraq.
Xoşbəxtlik hormonlarının səviyyəsinin kəskin azalması: serotonin, endorfinlər, dopamin, adrenalin;
kontrast effekti: insan iki hadisənin fərqini görəndə, yəni onları müqayisə edir. Qismən buna görə də bayramlardan sonra həyat ən çox "əvvəl" və "sonra" ya bölünür. Beynimiz belə işləyir.
İstirahətdən sonra işə qayıtmaq və depressiyaya düşməmək ...Həkim məsləhəti
Beyindən gələn narahatlıq isə bizdə daha tez yorğunluq,orqanizmdə halsızlıq və ağrılar yarada bilər.Bundan başqa,bayram günlərində yeməklərlə artıq miqdarda kalori qəbul edilir.Təbii ki,oruc tutanları buna aid etmirəm.
Bayram ərəfəsində spirtli içkilərin qəbulu da işə çıxan zaman diskonfort yaradır.
Bu hal neçə gün davam edə bilər ?
Bunlar yuxusuzluq, enerji çatışmazlığı, əsəbilik, diqqəti cəmləməkdə çətinlik, depressiya, kədər və melankoliyadır. Depressiv vəziyyət iki-üç gün davam edir.
Yeni iş gününə başlamaq üçün sağlamlıqdan başlamaq lazımdır.Özünüzü yaxşı hiss edirsinizsə,baş qağrısı,halsızlıq yoxdursa işə pozitiv enerji ilə başlayın.
Yeməyinizə fikir verin,ətrafdakılarla xoş rəftar edin.Öhdənizə düşən işi həvəslə görün.



REKLAM