sehiyye.info

Öd "qatılaşmasının" müalicəsi.Xalq təbabəti

Öd "qatılaşmasının" müalicəsi.Xalq təbabəti

Orqanizmin ən böyük laboratoriyası olan qaraciyər 40-a yaxın həyati vacib funksiya yerinə yetirir. Onlardan ən vacib əhəmiyyət kəsb edənlərdən biri nazik bağırsaqlarda qida maddələrinin həzmini təmin edən ödün sintezidir.
Qaraciyər hüceyrələrində istehsal olunan qızılı-sarı rəngli həzmedici xüsusiyyətli şirə əvvəlcə öd kapilyarlarına, sonra isə axarlara tökülərək öd kisəsinə toplanır. Öd kisəsi, öd yolları və sfinkter əzələlərinin normal yığılması və tonusu pozulanda öd durğunluğu yaranır.
Öd kisəsində durğunluğun yaranmasının səbəbləri:
balanslaşdırılmamış qidalanma – qida rejiminin pozulması, uzun müddət ac qalma və qidaların keyfiyyətsizliyi;
hipodinamiya – az hərəkətli həyat tərzi, oturaq iş rejimi;
bağırsaq peristaltikasının pozulması, xüsusilə qəbizlik;
hamiləlik – dölün öd kisəsini sıxması;
metabolik xəstəliklər – piylənmə, şəkərli diabet və ateroskleroz;
öd axımının qarşısını alan mexaniki maneələr – öd daşı və ya opistorxoz.
Ödün hərəkəti öd kisəsi və axarlarının normal tonusu hesabına baş verir. Diskineziya öd yolları ilə öd kisəsi əzələlərinin yığılması arasında uyğunluğun pozulması zamanı baş verir və ona hipo və hiperkinetik olmaqla iki formada rast gəlinir.
Hipokinetik diskineziyada:
- öd kisəsinin yığılma-hərəki funksiyasının ləngiməsi baş verir;
- öd kisəsinin normal tutumu 75-100 ml olduğu halda, onda 150-200 ml öd toplanır;
- sağ qabırğa altında daim küt, bəzən kəsici tipli o qədər də güclü olmayan ağrı baş verir.
Hiperkinetik formada:
- öd kisəsinin yığılma intensivliyi və tezliyi artır, tonusu yüksəlir;
- lakin sfinkteri tam açılmadığına görə öd bağırsağa tökülmür;
- sağ qabırğa altında kəskin ağrılar və qəbizliklə ishalın növbələşməsi olur.
əlamətləri
- ürəkbulanma, gəyirmə, qusma
- sağ qabırğa altında daimi ağrı
- bağırsaqlarda köp
- dəridə qaşınma
- ağızda acı dad və xoşagəlməz qoxu
- dəri və selikli qişaların zəif saralması
- qaraciyərin bir qədər böyüməsi
- sidiyin rənginin bir qədər tündləşib nəcisin rənginin açılması.
müalicə
- müalicənin əsasını pəhriz təşkil edir. Diskineziyanın bütün formalarında az-az və tez-tez qidalanma tövsiyə olunur.
- hiperkinetik formada öd ifrazını stimulyasiya edən duzlu, acı, hisə verilmiş və qızardılmış yeməklər, həmçinin göbələk, yumurta, ədviyyatlar, şokolad, qıtıqotu (xren) və ispanaq rasiondan çıxarılır.
- hipokinetik formada qidaya bitki və kərə yağı, qaymaq, xama, yumurta, meyvə və tərəvəzlər əlavə edilir.
tuba
Öd kisəsi və öd yollarının ev şəraitində yuyulması proseduru zamanı 4 filtr-bağlama Teaxolin çayı stəkan yarım (300 ml) qaynar suda dəmlənir və acqarına qurtumla içilir. 15 dəqiqə sonra sağ böyrü üstə uzanılaraq sağ qabırğa altına istiqac qoyulur. Yarım saat həmin formada uzanandan sonra ayağa qalxmaq və 2 xörək qaşığı gənəgərçək yağı və ya ingilis duzu içmək lazımdır.
reseptlər
2 qram mumya yarım litr otaq temperaturunda olan suya əlavə edilir, həll olunandan sonra gündə 2 dəfə 1/3 stəkan içilir. Məhlul qurtarandan sonra bir həftə fasilə verilir və müalicə təkrar olunur. Mumya məhlulu öd kisəsində daş olanda da qəbul edilə bilər.
Bərabər miqdarda dazıotu, qarğıdalı saçağı və solmazçiçəyi qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda dəmlənir. Tam soyuyandan sonra hər dəfə yeməkdən 20 dəqiqə qabaq 1/3 stəkan içilir. Diqqət! Öddaşı xəstəliyində əks göstərişdir.
2:1 nisbətində xırdalanmış itburnu meyvələri və gicitkən yarpaqları qarışdırılır, 1 xörək qaşığı qarışıq 20 dəqiqə vam ocaqda çay kimi dəmlənir, ocaqdan götürüləndən sonra dəsmala bükülür və daha yarım saat dəmlənir. Süzüldükdən sonra gün ərzində 3-4 dəfəyə içilir.
2 filtr-bağlama Teaxolin və 1 filtr-bağlama Hepartea çayı 1 stəkan qaynar suda dəmlənir, soyuduqdan sonra süzülür, gündə 4 dəfə 1/2 stəkandan yeməkdən əvvəl qəbul edilir. Diqqət! Öddaşı xəstəliyində əks göstərişdir.//herba flora



REKLAM