sehiyye.info

Koronavirus beyni sürətlə kiçildir - Gerçəklər üzə çıxdı

Koronavirus beyni sürətlə kiçildir - Gerçəklər üzə çıxdı
Nüfuzlu “Nature” jurnalının alimləri SARS-CoV-2 virusunun beynin strukturunda dəyişikliklərə səbəb ola biləcəyini təsdiqləyən yeni məlumatlarını dərc edib.

Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, bu dəyişikliklər təkcə ağır xəstələrə deyil, həm də iybilmə qabiliyyətini itirən yüngül xəstələrə də aid edilir. Eksperiment qrupunda - 51 yaşdan 81 yaşa qədər 785 nəfər iştirak edib.

1. Alimlər müəyyənləşdirib ki, əgər siz COVİD-19 zamanı iybilmə qabiliyyətinizi itirmisinizsə, eyni zamanda xəstəliyi yüngül keçirmisinizsə, çox güman ki, beynin qoxuya cavabdeh olan funksiyası zəifləyib. Alimlər hesab edir ki, qoxu hüceyrələri, xüsusilə, koronavirusun hücumuna qarşı həssasdırlar. Qoxu sistemində qoxu soğanağından sinir neyronları eyni anda beynin bir neçə hissəsini əhatə edir. Məhz bu hissədə elm adamları boz maddənin azaldığını qeyd ediblər.

2. Eyni hissədə toxumaları zədələyən daha çox iltihablı markerlər olub.

3. Ümumiyyətlə, beyin coviddən sonra “arıqlayır” və həcmini itirir. Bəli, yaşla bərabər boz maddənin bir hissəsini itiririk və beynin “quruması” ifadəsi məcaz deyil, həqiqətdir lakin COVİD bu prosesi sürətləndirir.

4. Eyni zamanda koronavirusa yoluxan xəstələrdə orta hesabla daha çox koqnitiv dəyişikliklər müşahidə olunub. Daha dəqiq desək, daha ​​ləng olduqları üzə çıxıb.

Alimlər bu qənaətə gəlib ki, COVİD zamanı iybilmə duyumunun itməsi olduqca təhlükəlidir. Bunlar beyində degenerativ dəyişikliklər, iltihab, həm də virusun iybilmə yolları boyunca yayılması ilə əlaqədardır. “Beyin bərpa olunurmu” sualına isə cavab vermək üçün daha çox araşdırma lazımdır.

Yaxşı xəbər budur ki, yeni dillər öyrənmək, şeirlər əzbərləmək, krossvordlar hazırlamaq kimi beyin məşqləri kömək edir. Fiziki aktivlik də faydalıdır, parkda müntəzəm 40 dəqiqəlik gəzinti beyinə qan axınını və idrak funksiyalarını yaxşılaşdırır.

Başqa elm adamları “Cell Reports Medicine” jurnalında 450 xəstə arasında aparılan sorğunun məlumatlarını dərc ediblər. COVİD-19-un şiddətindən asılı olmayaraq, onlarda koqnitiv funksiyaların icrası pisləşdiyi, şifahi məlumatın qavranılmasında çətinlik, nitq və ünsiyyət qabiliyyətinin pisləşməsi qeydə alınıb.

“Bu, xüsusi idrak funksiyalarına cavabdeh olan spesifik domenlərə COVID-19-un təsir etdiyini göstərir. Üstəlik, bu simptomlar hətta xəstəxanaya yerləşdirməyə ehtiyac olunmayan insanlarda da müşahidə olunub. Təsiri isə çox uzunmüddətli ola bilər. Amma maraqlısı budur ki, insan koviddən nə qədər tez sağalırsa, şifahi və ümumi idrak qabiliyyətləri bir o qədər yaxşılaşır”, - bildirilib.



REKLAM