sehiyye.info

Şiddətli qarın sancısı ilə xəstəxanaya gedən qadın vəfat etdi - ƏSL SƏBƏB BƏLLİ OLDU

Şiddətli qarın sancısı ilə xəstəxanaya gedən qadın vəfat etdi - ƏSL SƏBƏB BƏLLİ OLDU
Nyu Yorkda yaşayan 50 yaşlı qadın şiddətli qarın ağrısı ilə həkimə getdikdən sonra dünyasını dəyişib.

Sehiyye.info xarici mediaya istinadən xəbər verir ki, məlum olub ki, 9 il əvvəl qadının bağırsaqlarında uşaqlıq yerinə döl əmələ gəlib və bu döl zamanla daşa çevrilərək bağırsaqlarını bağladığı üçün onun ölümünə səbəb olub.

Həkimlər qadının bağırsağının tutulması, orqanizmin qida maddələrini qəbul etməməsi və uzun müddət yeməksiz qalması səbəbindən dünyasını dəyişdiyini bildirib.

Onun həkimi 50 yaşlı qadının əvvəllər də şikayətləri olduğunu, lakin əməliyyat olunacağından qorxaraq müalicə olunmaqdan imtina etdiyini bildirib.

Qeyd edək ki, indiyə qədər dünyada 300 dəfə baş vermiş bu hadisədə döl ana bətnində deyil, bağırsaqlarda inkişaf etdikdən sonra ciddi fəsadlar verir. Zamanla daşa çevrilən döl insanın sağlamlığını ciddi şəkildə təhlükə altına qoyur və bəzi hallarda ölümə səbəb olur./\azxeber



REKLAM