Dünyanın ən yaşlı qadını vəfat etdi - FOTO
Dünyanın ən yaşlı qadını adlandırılan Cənubi Afrika Respublikasından olan 7 uşaq anası Yohanna Mazibuko 128 yaşında vəfat edib.
Arasdırma.info xəbər verir ki, o, Cənubi Afrikanın Şimal-Qərb əyalətindəki evində dünyasını dəyişib.
Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil.
Qeyd edək ki, Mazibuko 1894-cü ildə anadan olub. O, bir neçə ay əvvəl jurnalistlərə açıqlamasında dediyi "Yaşamağın nə mənası var? Mən burada heç nə etmədən otururam" sözlərilə dünya gündəminə düşməyi bacarmışdı. //manşet.az