sehiyye.info

İnanılmazdır, amma 57 yaşını qeyd etdi - FOTO

İnanılmazdır, amma 57 yaşını qeyd etdi - FOTO
Asiya sakinləri yaşlarından qat-qat cavan görünür, illər çox möcüzəvi şəkildə onların xeyrinə işləyir. Adətən qadınların gənclik sirlərindən danışsaq da, bu yazının qonağı 57 yaşlı sinqapurlu fotoqrafdır.

Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, bir zamanlar modelliklə məşğul olan Çuando Tan bu yaxınlarda 57 yaşını qeyd edib. Bu barədə instaqramda 1 milyondan çox izləyicisi olan Tan özü məlumat verib. İnstaqramda ad günü tortu ilə fotolar paylaşan Tan "Bu heyrətamiz ana torpaqda daha bir il yaşadığım üçün təşəkkür edirəm.
Hər anı dəyərləndirin" sözlərini qeyd edib.

Onun bu yaşda bu qədər cavan görünməsi inanılmazdır. Lakin Çuando Tan cavanlıq sirrini izləyicilərindən gizli saxlamır və etiraf edir ki, həyat tərzinə çox ciddi diqqət edir, xüsusilə qidalanmasına. Həm də həftədə dörd dəfə idmanla məşğul olur. Tan “Siz nə yeyirsinizsə, ondan ibarətsiniz" prinsipinə əsaslanır və hesab edir ki, bədənin xarici görünüşünün vəziyyəti 70% yeməkdən, 30% isə hərəkətdən asılıdır.

"Dondurma zəif yerimdir, bəzən özümə icazə verirəm, amma onu yalnız günün birinci yarısında yeyirəm. Qəhvə və çaydan qaçıram, amma çoxlu su içirəm. Siqaret çəkmirəm, spirtli içkilər qəbul etmirəm, səhər yumurta, günorta buxarda bişmiş balıq, toyuq və tərəvəzlər, axşama yaxın təzə göyərtidən hazırlanan salat yeyiəm" , - o, bildirib.

Bəziləri hesab edirlər ki, sinqapurlu fotoqraf ya plastik əməliyyat etdirib, ya da açıq-aşkar hansısa kosmetikadan istifadə edir. Lakin o, bütün bunları inkar edir: "Dərim çox həssasdır, odur ki, yalnız 2 vasitədən istifadə edirəm: duş üçün gel və nəmləndirici krem. Bir dəfə botoks seansı hədiyyə edildi, amma effekt xoşuma gəlmədiyindən, daha kosmetoloq yanına getmədim. Ancaq etiraf edim ki, saçlarımı boyayıram.

İnanılmazdır, amma 57 yaşını qeyd etdi - FOTO
İnanılmazdır, amma 57 yaşını qeyd etdi - FOTO
İnanılmazdır, amma 57 yaşını qeyd etdi - FOTO
İnanılmazdır, amma 57 yaşını qeyd etdi - FOTO
İnanılmazdır, amma 57 yaşını qeyd etdi - FOTO



REKLAM