sehiyye.info

İranda dərman böhranı dərinləşir

İranda dərman böhranı dərinləşir
İranda dərman böhranı dərinləşir.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, ötən ilin payızında baş verən böhrandan, antibiotik və asetaminofen kimi dərman qıtlığından sonra başqa dərmanların da tapılmayacağı barədə fikirlər səsləndirilir.

İranın Ərzaq və Dərman Təşkilatının sədri Heydər Məhəmmədi iki növ dərman çatışmazlığının aradan qaldırılacağı barədə vədlər versə də, digər dərmanların təmin edilməsi barədə fikir bildirməyib.

Tehran Əczaçılar Birliyinin rəhbəri Həmid Xoyi dərman çatışmazlığı böhranı barədə növbəti dəfə çıxış edib.

Onun sözlərinə görə, dərman tədarükü üçün nəzərdə tutulan büdcə azdır və bu büdcə dərman bazarının yarısını belə əhatə etmir.

“Dərman idxalçılarının və dərman xammalının üzləşdiyi likvidlik problemi göstərir ki, bütün xəbərdarlıqlara rəğmən, hökumət praktiki olaraq dərman istehsalçılarının aşağı faizlə maliyyələşdirilməsi üçün heç bir əməli addım atmayıb”, - Həmid Xoyi bildirib.

O, mart ayından sonra ölkədə dərman qıtlığı böhranının daha da dərinləşəcəyi barədə xəbərdarlıq edib.//oxu.az



REKLAM