İrandan sensasiya: Koronaya qarşı dərman..
İran koronavirusdan müalicə üçün preparat hazırlayıb.
Sehiyye.info xəbər verir ki, bunu İran Dərman Preparatları Təşkilatının rəhbəri Məhəmməd Rza deyib. Onun sözlərinə görə, dərman 7-10 gün ərazində bazara çıxarılacaq.
M.Rza bir müddət öncə dərmanın hazırlanması üçün xammalın İrana çatdırıldığını və istehsal prosesinin başlandığını deyib.
O, dərmanın kliniki sınaqlardan keçdiyini və lazımi lisenziya aldığını söyləyib.Axar.az