sehiyye.info

Siqaretlə içki içənlərin beyni tez qocalır

Siqaretlə içki içənlərin beyni tez qocalır
ABŞ neyrobioloqları sübut edib ki, spirtli içki və siqaretə aludəçilik, eyni vaxtda içki içib, siqaret çəkmək beynin vaxtından əvvəl qocalmasına səbəb olur.


Sehiyye.info xəbər verir ki, Kaliforniya universitetinin alimləri tütün və alkoqolun beyinə təsirini araşdırıb.
Onlar 40-80 yaş arası 17 min insanın beyin hüceyrələrinin vəziyyətini araşdırıb.

Beynin MRT müayinəsi göstərib ki, 11 min siqaret və içki qəbul edənlərin beyni orta olaraq yarım il heç siqaret çəkməyənlərdən tez qocalıb.

Siqaret çəknəyib, mütəmadi içki içənlərdə isə bu fərq 4 ay olub.

Əgər insan gündə 1 qutu siqaret çəkib, 2 pors alkoqol qəbuledirsə, beyinə neqativ təsirdən qaça bilməyəcək.//medicina



REKLAM