Fəxri həkim adına layiq görüldü
Media Araşdırma Mərkəzi və Səhiyyə.info saytı tərəfindən səhiyyə sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə peşəkar həkim kardioloq Rafail Kərimov "Fəxri həkim"adına layiq görülüb.
Rafail Kərimov 1963-cü ildə Bakı şəhərində anadan olub.1980- cı ildə 176 saylı orta məktəbi qızıl medalla bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunub.1986-cı ildə Universiteti bitirdikdən sonra terapiya üzrə internatura keçib.1987-ci ildən həkimlik fəaliyyəti ilə məşğuldur.Bir müddət həkim kardioloq olaraq Sumqayıt şəhərində çalışıb.1990-cı ildən Azərsutikinti Xəstəxanasında kardioloq olaraq fəaliyyətini davam etdirib.2019-cu ildən həmin xəstəxanada şöbə müdiri işləyib və hazırda Nizami Tibb Mərkəzində Terapiya şöbəsinin müdiridir.
2012-ci ildə Münhen,2013-cü ildə Amsterdam,2014-cü ildə Barselona,2015-ci ildə Londonda Avropa Kardioloqlar Cəmiyyətinin konqresində iştirak edib.