Sumqayıt 1 saylı Uşaq Poliklinikasının həkimləri mükafatlandırıldı.
Media Araşdırma Mərkəzi və Səhiyyə.info saytı tərəfindən səhiyyə sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə Sumqayıt 1 saylı Uşaq Poliklinikasının peşəkar həkimləri Şəbnəm Səlimova,Almaz Baramova,Tamilla Hüseynova,Kəbirə Həsənova və Vüsalə Ağayeva "İlin həkimi "adına layiq görülüblər.Xatırladırıq ki,Sumqayıt Şəhər Səhiyyə sistemində çalışan qabaqcıl və nümunəvi həkimlər sırasında 1 saylı Uşaq Poliklinikasının həkimləri də yer tutur.
Bayramova Almaz Nəriman qızı 1957-ci ildə Bakı şəhərində anadan olub.1983-cü ildə ATU-nin Pediatriya fakultəsini bitirib.Həmin ildən həkim nevroloq olaraq çalışır.30 ildən artıq iş təcrübəsinə malikdir.Özünəməxsus müalicə metodları ilə nevroloji xəstəlikləri müvəffəqiyyətlə müalicə edir.
Şəbnəm Səlimova 1983-cü ilde Sumqayıt şəhərində anadan olub.Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsini bitirdikdən sonra Həkim pediatr olaraq fəaliyyətə başlayıb.Uzun müddət şöbə müdiri kimi çalışıb,Hal hazırda 1 saylı Uşaq Poliklinikasının baş həkimin müavinidir.
Tamilla Hüseynova Əsgər qızı 1953-cü ildə Qərbi Azərbaycanda anadan olub.1978-ci ildə ATU-nin Pediatriya fkultəsini bitirib .Elə həmin vaxtdan da 1 saylı Uşaq Poliklinikasında işləməyə başlayb.1992-ci ildən şöbə müdiridir..40 ilə yaxın əmək təcrübəsinə malik olan Tamilla Hüseynova gənc həkimlərə bir nümunədir.
Həsənova Kəbirə Fikrət qızı 1974-cü ildə Zərdab rayonunda anadan olub.1998-ci ildə ATU-ni bitirib.Həkim pediatr olaraq fəaliyyətə həmin ildən başlayıb.Hal hazırda həmin poliklinikada şöbə müdiridir.
Ağayeva Vüsalə İmamverdi qızı 1980-cı ildə Sumqayıt şəhərində anadan olub.1997-2003 cü illərdə ATU-nin Pediatriya fakultəsində təhsil alıb.2003-2004 cü illərdə Z.Əliyev adına Milli Oftalmologiya Mərkəzində oftalmologiya üzrə interna keçib.Hal hazırda 1 salı Uşaq Poliklinikasında həkim oftalmoloq olaraq çalışır.