sehiyye.info

Travmatoloq: "Oynaqların əsas düşmənləri..."

Travmatoloq: "Oynaqların əsas düşmənləri..."
Zədələr oynaqların aşınmasını artıran və onların erkən məhvinə səbəb olan əsas amillərdən biridir.

Sehiyye.info xəbər verir ki, bu barədə ortoped-travmatoloq Maksim Sautin "Ura.ru"ya müsahibəsində danışıb. Oynaqların daha əsas düşmənlərini açıqlayan həkim bildirib ki, zədələr yalnız burxulma və yıxılma nəticəsində meydana gəlmir.

"Bu, xüsusilə gündəlik məşq edən və döyüşən həvəskar və ya peşəkar boksçularda rast gəlinir. Boksla məşğul olanda tək əl oynaqları deyil, dirsək oynaqları əziyyət çəkir. Bu da gec-tez dirsək oynaqlarda ağrılara səbəb olur. Dirsək oynaqları çox şıltaqdır və müalicəni çox zəif qəbul edir. Bu, artroza gətirib çıxarır. Odur ki, peşəkar idmançı çətin ki, belə zədələrdən qaça bilsin, amma yaxşı və savadlı məşqçi bu işdə həvəskara kömək edə bilər. Bu, minimal risklə yüksək fəaliyyətdən zövq almağa kömək edəcək.

İkincisi, kəskin zərbə nəticəsində oynağın bağlarının qopması bir sümüyün digərinə nisbətən hərəkətliliyini artırır, bu da oynaqlara böyük dərəcədə zərər vurur, onların aşınmasını artırır. Nəticələri və zərərləri minimuma endirmək üçün peşəkar həkimlə məsləhətləşmək olduqca vacibdir.

Üçüncüsü, qidalanmadır. Bilirik ki, gut kimi bir xəstəlik oynaqlara təsir edən xüsusi metabolik pozğunluqdur. Bu xəstəliyin ilkin təzahürlərində dərhal həkimə müraciət etməlisiniz. Həkim testlər yazacaq, bunun sayəsində xəstəliyi erkən mərhələlərdə müəyyən etmək və terapiya təyin etmək mümkündür. Ancaq gut artıq inkişaf edibsə, xəstə müəyyən bir pəhrizə riayət etməlidir.

Oynaqların "yeyilməsinə" səbəb olan növbəti amil artıq çəkidir. Oynaqlar 70-90 kiloqram ağırlıq üçün nəzərdə tutulub, çəki artdıqca onların aşınması da sürətlənəcək. Köklük müasir bəşəriyyətin bəlasıdır. Təəssüf ki, insanlar nadir hallarda pəhrizə əməl edə bilir. Bütün bunlar artıq çəkiyə gətirib çıxarır", - həkim izah edib.

Travmatoloq qeyd edib ki, sümüklərdə qığırdaqla örtülmüş artikulyar səthlər var. Bu, hamar, ağrısız hərəkətliliyi təmin edir, lakin oynaqdaxili sınıq zamanı qığırdaq məhv olur.

“Əgər sınıq düzgün bərpa olunmayıbsa, yəni sümük parçaları yerinə qoyulmayıbsa və sınıq yerdəyişmə ilə birləşibsə, bu, istər-istəməz oynaq daxilində addımların əmələ gəlməsinə gətirib çıxarır ki, bu da öz növbəsində təmasda olan sümüyün artikulyar səthinin məhv edilməsi fonunda artrozun erkən inkişafına səbəb olur", - eskpert açıqlamasında bildirib.//publika



REKLAM