sehiyye.info

Möcüzə: Xərçəng xəstəsinin dili dəyişdi

Möcüzə: Xərçəng xəstəsinin dili dəyişdi
Prostat vəzi xərçəngindən əziyyət çəkən ABŞ sakini müalicə zamanı özündən asılı olmayaraq irland ləhcəsində danışmağa başlayıb.

Sehiyye.info bu barədə British Medical Journal-a (BMJ) istinadən xəbər verir.

Bildirilir ki, 50 yaşlı xərçəng xəstəsi metastatik hormona həssas prostat xərçəngi olan xəstələr üçün ənənəvi müalicə alırdı. Vizual görüntüdən sonra kişidə "nevroloji müayinə anomaliyaları" olmayıb, lakin görüntüləmə prostat xərçənginin irəlilədiyini üzə çıxarıb.

Birdən-birə İrlandiya ləhcəsinə yiyələnməsi isə əsas diqqətçəkən məqam olub. Məlum olub ki, bu xəstəlikdə belə hal ilk dəfə müşahidə olunub. Alimlər bu fenomen haqqında demək olar ki, heç nə bilmirlər.

Dəyişikliklə bağlı müxtəlif versiyalar səsləndirilir. Bəziləri deyir ki, xəstə yad ləhcəli deyil. Onun dili dəyişir. Başqaları da bunu vurğunun dəyişməsi kimi qəbul edir.

Təəssüf ki, 50 yaşlı bu kişi sürətlə inkişaf edən xəstəliyə heç vaxt qalib gələ bilmədiyi üçün artıq dünyasını dəyişib. Son günlərə qədər o, əsl irlandiyalı kimi danışırdı.//publika



REKLAM