Tez-tez limon yemək istəyirsinizsə, deməli...

Turş bir şey yemək istəyi C vitamini çatışmazlığını və yüksək turşuluğu olan qastriti göstərə bilər.
Sehiyye.info xəbər verir ki, bunu "Moskva 24"ə diyetoloq, tibb elmləri doktoru Marqarita Korolyeva deyib. O qeyd edib ki, turş yemək istəyi çox vaxt soyuqdəymə zamanı güclənir:
"Əgər rasionunuzda, meyvə və tərəvəz varsa, C vitaminini almaq çox sadədir. Amma o orqanizmdə çox tez tükənir. Odur ki, SARS və ya qızdırma ilə müşayiət olunan digər viral xəstəliklərdə C vitamini ehtiyacı kəskin şəkildə arta bilər.
Mədə-bağırsaq problemlərində də C vitamini çatışmazlığı meydana gəlir.
Zülalın udulması üçün hidroklor turşusu tələb olunur və sekretor fəaliyyətinin azalması ilə atrofik qastrit fonunda təbii olaraq belə bir ehtiyac tam ödənilə bilməz. Nəticədə həzmi yaxşılaşdıracaq turş qidalar tələbatı artır".//publika