sehiyye.info

Dağınıq beyin sindromu nədir?

Dağınıq beyin sindromu nədir?
Texnologiya asılılığı olan şəxslərdə diqqətin yayınması,narahatlıq, depressiya və digər impuls nəzarət pozğunluğu müşahidə edilir.

Bu günkü proqramımızda dağınıq beyin sindromu haqqında danışacağıq.

Dağınıq beyin sindromu nədir?

İstanbul Sağlamlıq Elmləri Universitetinin müəllimi professor Özalp Ekinci eramızın xəstəliyi olan dağınıq beyin sindromunu 90-cı illərin sonu ilə 2000-ci illərin əvvəlindən etibarən artan texnologiya ilə rəqəmsal medianın insanlar üzərində yaratdığı asılılığın nəticələsi olduğunu bildirib.

Dünya bu xəstəliyə necə tutuldu?

Texnologiya dünyasının inkişaf etməsi gerçək həyatımızdan qat-qat rəngarəng və cəlbedici oldu və bu insanlarda müəyyən müddətdən sonra texnoloji asılılığına səbəb oldu.

Son iyirmi ildə psixiatrlar texnoloji cihazların və ekranların beyindəki asılılıq mərkəzini stimullaşdırdığını müşahidə ediblər. Elmi araşdırmalar göstərir ki, texnoloji cihazlardan çox istifadə edən və artıq buraxa bilməyən uşaq və böyüklərin beynindəki asılılıq mərkəzi ciddi şəkildə təsirlənir.

Texnologiya asılılığı xəstəlikdirmi?

Psixi pozğunluqların diaqnostika siyahısına internet asılılığı da əlavə olundu. Bu texnologiya asılılığının sübut edilə bildiyini göstərdi.

Dağınıq beyin sindromunun əlamətləri nələrdir?

Ekrana çox məruz qalmaq uşaqlarda və böyüklərdə xroniki yorğunluq, diqqətin yayınması, diqqətin azalması, virtual dünya ilə gerçək dünya arasında əlaqə qurmaqda çətinlik kimi problemlər yaradır.

Rəqəmsal ekranlar uşaqlarda autizmə səbəb olurmu?

İlk növbədə qeyd etmək lazımdır ki, uşağın rəqəmsal bacarıqları onun gələcək həyatında bu işdə çox yaxşı olduğunu göstərmir.

Dil inkişafının ən təsirli olduğu dövrdə interaktiv ünsiyyətə girmək əvəzinə rəqəmsal ekran qarşısında passiv vəziyyətdə olan uşaqlarda nitqdə gecikmə, səlis danışmamaq kimi problemlər yaşanır və bu autizmə meylli olanları tətikləyə bilər.

Rəqəmsal beyin sindromu ilə bağlı valideynlər nə etməlidir?

Birinci əsas qayda əvvəldən ardıcıl və qətiyyətlə qaydaları təyin etməkdir. Ailə daxilində qərar verilməli və bütün ailə üzvləri bu qərara əməl etməlidir.

İlk 4 il - uşaqlar texnoloji cihazlarla bir araya gətirilməməlidir.

4-5 il - yarım saat / 45 dəqiqə icazə verilməlidir.

6-7 yaş - 45 dəqiqə / 1 saat və yetkinlik yaşına qədər gündə 1/1,5 saat, həftə sonları isə 2/2,5 saat standart limit qoyulmalıdır.

İkinci əsas qayda isə texnoloji cihazları bir şeylə əvəz etməkdir.

Texnalogiya asılılığını qarşılıqlı əlaqə, sentimentallıq, jestlər, bir sözlə, sosial və emosional reaksiyalar və idman əvəz edə bilər.

İnternet asılılığından necə qurtula bilərik?

Ailənin bütün üzvləri müəyyən bir saatdan sonra telefon və ekranı tamamilə söndürüb birlikdə vaxt keçirdikdə, tədricən internet asılılığından qurtulmaq olduqca mümkündür.

Bu vəziyyət məhrumiyyət hissi yaratsa da, zamanla normal vəziyyətə çevrilir.//trt.net



REKLAM