sehiyye.info

Bu ölkədə koronavirusa görə 85 min uşaq valideynsiz qalıb

Bu ölkədə koronavirusa görə 85 min uşaq valideynsiz qalıb
Covid-19 pandemiyası Peruda 85 mindən çox uşağın yetim qalmasına səbəb olub.

Sehiyye.info xəbər verir ki, bunu Perunun Qadınlar üzrə Nazirliyi bildirib. Nazirlik bildirir ki, pandemiya vaxtı 80 mindən çox uşaq valideynini və ya himayəsində olduqları şəxsi itirib.

Statistikaya görə, 33 milyon əhalisi olan Peru ötən ilədək hər milyon nəfərə düşən ölüm sayına görə dünyada birinci olub. Ölkədə yoluxma sayı 4,6 milyon nəfəri, ölü sayı isə 218 mini keçib. //lent.az



REKLAM