sehiyye.info

Bakıda oğlan cinsi orqanı ilə olan qız əməliyyat olunub.

Bakıda oğlan cinsi orqanı ilə olan qız əməliyyat olunub.
Bakıda daha bir cinsiyyəti yanlış doğulmuş körpə əməliyyat edilib.
Sehiyye.info xəbər verir ki,Bakupost.az -a açıqlamasında uşaq cərrahı Toğrul Ömərov öz təcrübəsində 21 belə əməliyyat etdiyini deyib.
Qeyd edək ki, ölkədə bu anomaliya ilə doğulanların sayı daha çoxdur.
Həkim bildirdi ki, ana bətnində körpənin böyrəküstü vəzisi (Congenital Adrenal Hyperplasia) normal miqdarda hormonlar sintez etmir, kortizol çatışmır, bu səbəbdən xarici cinsiyyət orqanlarının inkişaf dövründə aldesteron və testosteron yüksəlir, qız Kariotip XX – daxili orqanlar qız uşağına aid olsa da, xarici cinsiyyət üzvləri oğlan kimi formalaşır.
“Bu dəfəki körpədə də uşaqlıq, yumurtalıq, uşaqlıq yolu olsa da cinsiyyət üzvü penis idi. Biz ona klitoroplastika, labioplastika və total urogenetal pobilizasiya icra etdik və xarici cinsiyyət üzvlərini tam bərpa etdik.
Uşaq öncə endokrinoloq və psixoloq nəzarətində olub, xüsusi genetik analizlər götürülür. Hormonlar Ddrmanlar yazılır. Sonra əməliyyat olunur. Biz baxdıqda gördük ki, uşaqlıq yolu sidik kisəsi boynunun altındadır. Xaricdə penisi və boş xaya kisəsi var. Əməliyyatdan sonra uşaq tam normal qız şəklində böyüyüb, gələcəkdə ana da ola bilər.
Bu uşaqların oğlan kimi qalması mümkün deyil, çünki daxilən və hormonal olaraq kişi deyil və ata ola bilməyəcəkdi”.



REKLAM