sehiyye.info

Kişiyə yeni cinsi orqan köçürüldü - Dünyada dördüncü uğurlu əməliyyat...

Kişiyə yeni cinsi orqan köçürüldü - Dünyada dördüncü uğurlu əməliyyat...
ABŞ-ın Johns Hopkins Scholl xəstəxanasının həkimləri gənc kişiyə cinsi orqan transplantasiyasının uğurla başa çatdığı barədə xəbər verib. Bu, dünyada dördüncü belə əməliyyatı keçirən kişidir.
Əfqanıstanda minaya düşən kişinin ayağı ilə yanaşı bütün cinsiyyət orqanları da itirilmişdi. Əməliyyatla ona kişi cinsiyyət üzvü komplekt şəklində köçürüldü.
Əslində cərraha rekonstruksiya üçün müraciət edən xəstə transplantasiya təklifini eşidəndə şok olur.
Donor artıq ölüm yatağında olan digər gənc hərbçi olur, hansı ki, qan və toxumalar bu xəstə ilə tam uyğun idi.
Həkimlər və xəstə həmin hərbçinin ailəsinə köçürülməyə izn vermələri üçün xahiş edir. Ailə razılır verdikdən sonra 35 nəfərlik heyətlə 14 saatlıq əməliyyat baş tutur.
Cinsi orqanda ereksiyaya səbəb olacaq sinir ucları bir aya bərpa olacaq, eləcə də bu müddətdə penis böyüyəcək.
Artıq xəstə cinsi orqanını hiss etdiyini bildirib. 1 ildən sonra o, normal kişilər kimi cinsi münasibətdə ola biləcək. 365.az



REKLAM