sehiyye.info

DTX-dən səhiyyə müəssisəsində əməliyyat - Saxlanılanlar var

DTX-dən səhiyyə müəssisəsində  əməliyyat - Saxlanılanlar var
Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında araşdırmaya başlaması barədə məlumatlar yayılıb.

Sehiyye.info xəbər verir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz məlumat yayıb.

Onun sözlərinə görə, dövlət xəstəxanasının baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasov DTX-nin Naxçıvan Baş İdarəsinə aparılıb.

Onların maliyyə yoxlamaları ilə bağlı saxlanıldığı qeyd edilib. (qafqazinfo)



REKLAM