sehiyye.info

Yuxu haqqında 15 maraqlı FAKT – Qadınlar kişilərdən daha çox yatır...

Yuxu haqqında 15 maraqlı FAKT – Qadınlar kişilərdən daha çox yatır...
Əksər canlıların həyat fəaliyyətinin ayrılmaz hissələrindən biri də yuxudur. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar.
Yuxu prosesi özünəməxsus bir sıra maraqlı xüsusiyyətlərə malikdir.

1. İnsanlar həyatının təxminən 25 ilini yuxuda keçirir. Lakin insanlar həmin 25 ilin altı ilə yaxınını yuxu görürlər.

2. Uşaqlar üçün 10-11 saat, yeniyetmələr üçün 9-10 saat, böyüklər üçün 7-8 saat, yaşlılar üçün isə cəmi 6-7 saat yuxu norma hesab olunur.

3. Bəzi tarixi şəxsiyyətlər gündə cəmi 3-4 saat yata bilirdilər. Edison, Da Vinçi, Franklin, Tesla, Çörçill - hamısı qəbul edilmiş normadan çox az yatdılar və özlərini kifayət qədər sağlam hiss edirdilər. Alimlər hesab edirlər ki, bu cür yuxu pozğunluqları böyük istedadın və ya dahiliyin əks simptomlarından biridir.

4. İnsan yalnız bir neçə gün yuxusuz qala bilər. Xroniki yuxu çatışmazlığı (gündə 6 saatdan az) eşitmə və görmə pozğunluqlarına, narahatlıqların artmasına, diqqət problemlərinə, apatasiya və ümumi zəifliyə, maddələr mübadiləsinin pozulmasına və sürətli çəki artımına səbəb olur.

5. Ekvatorda yuxu saat 22:00 ilə 00:00 arasında, tropik bölgədə saat 23:00-dan 1:00-a qədər, Arktika Dairəsindən kənarda 21:00-dan 23:00-a qədər daha faydalıdır.

6. İnsanlar yuxudan oyandıqdan sonra yarım saat ərzində yuxularının 90%-ni unudurlar.

7. Heyvanlarda da yuxu ilə bağlı maraqlı faktlar var: yuxu zamanı bəzi məməlilər insanlarla oxşar beyin fəaliyyətini yaşayırlar. Ancaq insanlardan fərqli olaraq, heyvanların yuxuları yalnız başlarına gələn hadisələr və hərəkətlərlə doludur.

8. Dünyanın demək olar ki, bütün xalqları yuxuların peyğəmbərliklə bağlı ola biləcəyinə inanırlar. Afrikanın bəzi ənənəvi icmalarında yuxulara o qədər əhəmiyyət verilir ki, evlilik, önəmli qərarların qəbulu və hətta müharibə ilə bağlı qərarlar onlara əsaslanır.

9. Bir çox elmi kəşflər yuxuda edilib. Məsələn, Dmitri Mendeleyev məşhur dövri cədvəlini yuxuda görüb. Görkəmli alman bəstəkarı Riçard Vaqner isə iddia edirdi ki, o "Tristan və İzolda" əsərini yuxuda eşidib.

10. Yuxu haqqında elm somnologiya adlanır.

11. Son araşdırmalara görə, gündüz müntəzəm yuxu ürək-damar xəstəlikləri riskini azaldır.

12. Yuxular bədii və ədəbi yaradıcılığın tipik obyektidir. Əsrlər boyu bir çox ölkələrin yazıçıları, şairləri və rəssamları bu prosesdən ilhamlanmış və Uilyam Şekspir öz qəhrəmanlarının yuxularını öz fikirlərini, niyyətlərini ifadə etmək üsulu kimi istifadə etmişdir.

13. Yuxuda gəzmək olduqca nadir görülən bir yuxu pozğunluğudur. Yuxuda gəzən insanların beyinləri yarı yuxulu, yarı oyaq vəziyyətdə olur. Yuxudan oyandıqdan sonra isə, onlar ümumiyyətlə heç nə xatırlamırlar. Maraqlıdır ki, ən çox yuxuda gəzinti halları xroniki stressə məruz qalan uşaqlarda, eləcə də depressiyaya düşən insanlarda baş verir.

14. Qadınların kişilərdən təxminən 20 dəqiqə çox yatdığına inanılır. Yuxu keyfiyyəti baxımından kişilər daha narahat yatırlar və daha tez-tez oyanırlar. Ancaq qadınlar yuxu problemlərindən 10% daha çox şikayət edirlər və yuxularının keyfiyyətini qeyri-qənaətbəxş adlandırırlar. Bunu qadınların daha zəngin və daha emosional yuxular görməsi, bəzənsə yuxularının kabusa çevrilməsi ilə izah etmək olar.

15. Gündəlik həyatımızda rastlaşmadığımız yaxud da vizual olaraq görmədiyimiz təsvirlər və şəxsləri yuxuda görə bilmərik.


//bizimmedia



REKLAM