sehiyye.info

Qadın uşağını yanğınsöndürən avtomobildə dünyaya gətirdi

Qadın uşağını yanğınsöndürən avtomobildə dünyaya gətirdi
Fransanın Yuxarı Savoya departamentində maraqlı hadisə baş verib.

Sehiyye.info xəbər verir ki, doğuş sancısı tutan gənc qadın evdə heç kim olmadığından şəxsi avtomobili ilə xəstəxanaya getmək istəyib.

Lakin yolda ağrı şiddətləndiyi üçün maşını yanğınsöndürmə bölməsinə sürüb. Yanğınsöndürənlər qadını avtomobillə xəstəxanaya çatdırmaq istəsələr də gec olub. 2 serjant doğuşu qəbul edib. Yeni doğulan qız və ana xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.

Maraqlıdır ki, qadının bacısı da belə dünyaya gətirmişdi. //lent.az



REKLAM